15 Haziran 2008 Pazar

INTIHAR

Ölüm nədir? Bəşər övladı onun nə olduğunu ölənədək dərk edə bilməz. Çox hallarda artıq ölümün nə olduğunu dərk edən insan ətrafındakılara onun nə olduğunu anlatmaq iqtidarında olmur. Bəziləri onu təbii proses kimi, bəziləri isə ilahi qüvvənin qüdrəti kimi qəbul edirlər. Hərdən isə ölümün nə olduğunu bilmək üçün insanlar özləri ona tərəf can atırlar (son zamanlar bu daha intensivləşib). Bu halı leksikonumuza “intihar” olaraq daxil etmişik.
Ölüm və intihar – bu iki kəlimə arasında oxşar və fərqli cəhətlər varmı? Varsa, nələrdən ibarətdir? Onlar arasında oxşar cəhət yalnız o ola bilər ki, insanı yaşadan ürək və digər orqanlar öz funksiyasını dayandırır. Fərq isə ondan ibarətdir ki, ölüm dedikdə, sadəcə, öz əcəli ilə ölənləri nəzərdə tuturuq. Buraya xəstəlikdən, qocalıqdan, qəfil hadisədən vəfat edənləri daxil etmək olar.
Intihar, könüllü ölüm deməkdir. Bu istəyi yaradan amillər isə çox ola bilər: inciklik, ruh düşkünlüyü, böyük dərd, sosial, psixoloji problemlərin çoxluğu və s.
Hər bir ölüm hadisəsini intihar adlandıra bilmərik. Bununla yanaşı hər bir özünə qəsdi də intihar adlandıra bilmərik. Çünki burada bir çox səbəblər ola bilər, onlardan bəzilərinə misal gətirsək, narkotik maddənin təsiri altında olarkən uçacağını düşünərək yüksək mərtəbədən özünü atmaq, sərxoşkən silahı gicgahına dayayaraq özünü vurmaq kimi davranışların həqiqi mənada intihar olmadığını görərik.
Intihar qarışıq, qarışıq olduğu qədər də həssas bir hadisədir. Ən çox işlənilən tərifi- insanın bilərək və istəyərək öz canına qıymasıdır. Insanın öz istəyilə ölümlə nəticələnən davranışına – intihar; ölümlə nəticələnməyənlərə isə – intihar cəhdi deyilir. Intiharın psixolji səbəbləri kimi daha çox – psixi pozuntular, şəxsiyyətlərarası və şəxsiyyətdaxili konfliktlər, şiddətə meyillilik, ruhi pozuntular, çətin sosial – iqtisadi vəziyyət, immiqrasiya, ailədaxili münaqişələr və s. göstərilir.
Yaxın keçmişə qədər intihar cəhdləri, yəni ölümlə nəticələnməyən intihar halları, ölümlə nəticələnən intihar hallarının alt kateqoriyası olaraq qeyd olunmuş və cəhd edən, lakin, bunu bacara bilməyənlər isə sadəcə ölümə çata bilməyən insanlar olaraq dəyərləndirilmişdir.
Son zamanlarda aparılan bir çox araşdırmalar intihar cəhdləri və real intiharların fərqli dinamikalara sahib olduqlarını ortaya çıxarmışdır. Buna görə də intihar davranışının təməl mexanizmləri baxımından aşağıdakı fərqli kateqoriyalara ayırırlar:
1) İntihar düşüncəsi. İnsanların böyük qismi həyatlarının müəyyən dövründə intihar etməyi düşünürlər. Çünki, insana hər zaman ölüm və ölümdən sonrakı həyat çox maraqlı gəlmişdir. Və buna görə də öz həyatına son verərək öz marağına doğru can atmağı düşünür. Bu cür düşüncə insanın zehni fəaliyyətinin bir nəticəsidir. Bu cür düşüncələri ağıllarından keçirənlərin çoxu sonunda nəyin baş verəcəyini təxmin edərək bu davranışı reallaşdırmayanlardır.
2) İntihar təhdidləri. Bəzi insanlar istədikləri bir şeyi əldə etmək üçün intihara cəhd edirlər. Belə bir davranışla istədiklərini əldə edənlərə bu davranış tərzi vərdiş halına keçir. Belə intihar təhdidləri edənlər digərlərinin diqqətini, köməyini özlərinə cəlb etmək məqsədi güdürlər. Ətrafdakılar bu təhdidləri cddi qəbul etməsələr bu cür təhdidlər həqiqi intihara çevrilə bilər. Lakin aydınca görə bilirik ki, burada hər iki addım səhv, istənilməyən nəticəni verir, yəni ətrafdakılar ciddi qəbul etməsələr bu təhdid edənin real intihar nümayiş etdirməsinə gətirib çıxarır, ciddi qəbul edib və istədiyini ona verməklə də onun buna vərdiş etməsinə gətirəcəkdir.
3) Nümayişkar intihar cəhdi. Zarafat etmədiyini, özünü həqiqətən öldürəcəyini göstərmək məqsədi ilə təhdidlərə cavab ala bilməyənlər nümayişkar intihar cəhdi edərlər. Fəqət, cəhdi etməzdən əvvəl digərlərini onları xilas etmələri üçün bəzi açıq qapılar buraxırlar. Məsələn o, dərman içdiyini və intihar edəcəyini telefon vasitəsiylə yaxınına bildirir. Beləcə onun gəlib xilas etməyini təşkil edir. Artıq, istədiyi şeyi əldə etməsi üçün digərləri daha diqqətli davranacaqdır. Bəzən də, xüsusilə sənətçilər xalqın özlərinə qarşı azalan marağını geri qaytarmaq üçün nümayişkar cəhdlər edərlər və beləcə onlar haqqında günlərcə söhbətlər gedər, xəbərlər yayılar.
4) Həqiqi intihar cəhdi. Nümayişkar intihar cəhdinədn başqa həqiqi intihar cəhdləri də vardır. Belə bir davranış edən insan ölməyi həqiqətən istəsə də, seçtiyi üsul və vaxtın düzgün planlaşdırılmamasına görə məqsədinə çatmır və başqaları tərəfindən xilas olunur.
5) Öncədən planlaşdırılmayan intihar. Bəzi hallarda insanda öncədən bir intihar düşüncəsi olmadığı halda ortaya çıxan intihar halları vardır. Ölməkniyyəti olmasa da, məs.: bir adam ölərkən insanın nə hisslər keçirdiyini bilmək istəyərək özünü asa bilər və xilas edilməyərək ölə bilər. Dövrümüzdə belə hadisələrlə tez-tez rastlaşırıq. Bundan başqa dəyişik məqsədlərə görə də bucür davranışlar ola bilər.
6) Həqiqi intihar. Həqiqi intihar olaraq adlandırılan davranışda başlıca məqsəd davranışın ölümlə nəticələnməsidir. Yuxarda da qeyd olundu ki, insanın məqsədi intihar olmadığı halda əməli ölümlə nəticələnə bilər, lakin bunlar həqiqi intiharda istisna olaraq qalır və o qədər də faiz təşkil etmir. Niyyəti həqiqətən ölmək olan cəhdçilər isə istisna halla baş verərsə, bu əməllərini təkrarlayanlardır.
Intihar cəhdləri və həqiqi intiharlar arasındakı fərqləri aydınlaşdırmaq məqsədilə aparılan bəzi tədqiqatlara nəzər salaq:
1957 – ci ildə Los Angelsdə aparılan araşdırmaya görə, intihar cəhdlərinin 69% – i qadınlar, 31% – i kişilər tərəfindən törədilmişdir. Həqiqi intihrlarda isə 70% kişilər, 30% isə qadınlar tərəfindən edildiyi müəyyən olunmuşdur. Yaş baxımından cəhdlərdə ən yüksək miqdarlar kişilərdə 32, qadınlarda 27, həqiqi intiharlarda 42 yaş hər iki cins üçün də yüksək faiz təşkil edir.
Ölkəmizdə də aparılan araşdırmaların nəticələri oxşardır. Qadınlarda cəhdlər, kişilərdə isə həqiqi intiharlar daha çox müşahidə olunmaqdadır. Hər iki cinsdə də yaş irəlilədikcə intihar cəhdləri azalırsa, həqiqi intiharların sayı artmaqdadır. Stengelə görə “intihar cəhdləri ilə həqiqi intiharlar bəzi nöqtələrdə kəsişir, əslində isə bir-birindən böyük fərqləri olan iki qrup insana xas olan əməllərdir”
N. L. Farberow və E. S. Shneidman da E. Stengelin fikrini dəstəkləyirlər. Apardıqları araşdırmalara görə həqiqi intiharlarda insan öz içindəki dağıdıcılıq motivlərinin təsiri ilə ölümü axtarır. Cəhdlərdə isə, şəxsiyyətlərarası faktorlar vacibdir, yəni şəxsiyyətlərarası konfliktlər və anlaşmamazlıqlar.
Gənclər arasında cəhdin daha çox müşahidə olunmasını bu nəticələrlə bağlayırlar. Çünki, tədqiqatların ortaq nəticələrinə görə, 17 – 35 yaş aralığındakı intihar cəhdləri bütün intihar cəhdlərinin 65% - 77% aralığındakı göstəricilərə malikdir. Yaşlılarda isə insan özü ilə konfliktdə və həyata küsmüş vəziyyətdədir. Beləcə, aqresiyasının hədəfi də elə özü olur. Qadınlarda cəhdlərin çox olmasının səbəbi seçilən üsuldan da qaynaqlanır.
Intiharın psixo-sosial inkişafını praktik cəhətdən qəti hissələrə ayırmaq asan deyil. Çünki, inkişaf dövrləri hər insanda eyni deyil və hər dövrün keçmiş yaşantıları sayəsində inkişaf edir. Lakin, nəzəri olaraq daha rahat olması üçün belə bir yaş bölgüsü vermək olar: uşaqlıq, yeniyetməlik, gənclik və yaşlılıq. Bu yaş bölgüsünün vasitəsilə psixo-sosial inkişaf dövrlərinin hansı yaşda məhdudlaşdığını açıqlamaq olar. Yeniyetməlik və gənclik dövrü uzun zaman öncələri eyni qəbul edilirdi. Daha yeni-yeni bu iki dövrün fərqli olduğu və hərəsinin özünə xas xarakterik xüsusiyyətlərinin olduğu meydana çıxdı. Yeniyetməlik dövrünün 11– 15yaş aralığını əhatə etdiyi qəbul olundu.
Psixoloqlar və psixiyatrlar sosioloji açıqlamaları incələyərək: Niyə bu insan deyil məhz digəri intihar edir? sualına insanların psixoloji quruluşlarına görə cavab axtarıblar. Bu cür yanaşmalar bir çox cəhətdən əskik olmasına baxmayaraq, yenə də intiharın səbəblərinin açıqlanmasında vacib qatqıları olmuşdur.
Psixiyatriyanın intihar hadisəsi qarşısındakı münasibəti olduqca maraqlıdır. Bu münasibət uzun müddət boyunca intihar problemini hər hansı ruhi xəstəlik diaqnozu qoyaraq həll etmə yolu olmuşdur.
Ruhi pozuntusu olan xəstələrdə öz canınaqıyma hallarına olduqca sıx rast gəlinir. Bu müşahidələrdən çıxış edərək, psixiatrlar hər intihar hadisəsinə – ruhi xəstəlik damğası vuraraq, problemin həllini ruhi əsəb xəstəxanalarında axtarırlar. Belədəki, statistikalar dəliliklə intihar arasında dərin bir əlaqənin olmadığını irəli sürürlər. Bəzi ruhi xəstələrin şüursuzca canlarına qıymalarını intihar olaraq sayıb- saymamağımızı bir tərəfə qoysaq; günlük həyatda normal olaraq qəbul etidiyimiz insanların intihar faizinin yanında, ruhi xəstələrin sözdə intihar faizi qeyd olunmayacaq dərəcədə kiçik faiz təşkil edir.
Intihar hadisəsinin tarixi də və elm sahəsində araşdırılması olduqca qədimdir. Emil Dürkeymin intihar mövzusunda apardığı araşdırmaların (1897) üstündən 100 ildən çox vaxt keçmişdir. Günümüzə qədər müxtəlif formalarda intihar hadisəsi incələnmiş, səbəbləri, nəticələri, qarşısının alınması və ya azaltma tədbirləri üzərində işlənilmişdir. Araşdırma nəticlərinə görə intihar hadisəsinin vacib və qabarıq faktorları arasında- inanc boşluğu, psixiatrik pozuntular, psixoloji böhranlar, fərdin tənhalığı, iqtisadi krizlər, cəmiyyətin basqısı vardır.
E. Dürkeym suisidal təsnifatlarda sosial faktorları əsas götürürdü. Və intiharın aşağıdakı formalarını ayırd etmişdi:
• Eqoistik suisid – öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
• Anomik suisid – sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir.
• Alturistik suisid – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan "sadə suisid", özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmağa meyilli şəxslərdə "genişlənmiş suisid" (məsələn suisiddən əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplrda təsadüf edilən "kollektiv suisid" (belə hallara dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir.) növləri ayırd edilir.
Ümumiyyətlə suisidial hərəkətlərin təsnifatı barədə bir çox alimlər belə bir bölgü verirlər:
• suisidial məqsədlər – intihar haqqında fikilər, həyatdan getmək üsullarının düşünülməsi, müxtəlif hazırlıq işləri suisidial məqsədlərə aid edilir
• suisidial cəhdlər – nisbətən az təhlükəli davranış formalarından həyat üçün təhlükəli olan autoaqressiv əməllərə qədər geniş sahəni əhatə edir.
• tamamlanmış suisid- insanın həyatdan getməsi ilə əlaqədardır. Suisidial məqsəd, cəhd tamamlanmış suisidin ümumi cəhətləri olsa da, həqiqətən də onlar müxtəlif əməllərdir. Hətta təqribi hesablamalara görə, suisidial cəhdlərə tamamlanmış suisidlərə nisbətən 4–15 dəfə çox rast gəlinir. Nəzərə almaq lazımdır ki, əksər hallarda suisidial cəhdlər qeydə alınmadığından rəqəmlər məlum deyil.
Psixologiya sahəsində intihar mövzusu ilə yaxından maraqlanan nəzəriyyələr içində birinci yerdə psixoanalitik nəzəriyyə durur. Bu nəzəriyyənin banisi Z. Freyd intiharın tam bir izahının heç bir yolla verilə bilməyəcəyini qeyd edirdi. Buna görə də, Freyd və onun davamçıları, sadəcə intihara zəmin yaradacaq psixi durumları öyrənməyə çalışıblar. O, “ölüm instinkti”nə inanırdı və hesab edirdi ki, yeniyetmələrdə suisidə anadangəlmə instinkt kimi baxırdı. Freyd intiharı aqressiya əsasən autoaqressiya ilə ifadə olunan ölüm instinktinin təzahürü kimi qiymətləndirmişdir. O, insanın bilə - bilə ölümə getməsini və intiharların səbəblərini araşdırmağa çalışmışdır. Nəticədə bələ qənaətə gəlmişdir ki, insan psixikasının təməlində iki əsas meyl durur:
1) Həyata olan meyl – Həyat instinkti (Eros)
2) Ölümə olan meyl – Ölüm instinkti (Tanatos)
Freydə görə bu intiharların araşdırılmasını və təhlilini bir xeyli asanlaşdırır. Bununla əlaqədar olaraq o, deyirdi ki, əgər insan canlı varlıq olaraq cansızdan törəyibsə (buradan Adəmin torpaqdan yaranması nəzərdə tutulur) onun ölümə, mənşəyinə meyli realdır.
Lakin, qeyd etmək lazımdır ki, psixoanalitik mövqedə dayanan müasir suisidoloqlar Freydin köhnəlmiş baxışlarını, əsasən də, onun autoaqressiyaya aqressiv instinktin təzahürü kimi yanaşmasını dəstəkləmirlər, daha çox intiharın səbəbləri arasında aparıcı yerdə psixoloji səbəblər durur. Onların öyrənmə metodları isə suisidal davranışın psixologiyası hesab olunur. Məsələn, məşhur fin suisidoloqu Aktenin fikrincə suisid sevgiyə həvəs xarakteri daşıya bilər, bu zaman şəxs intihara təşəbbüs edərək, ölüm vasitəsilə həsrətində olduğu qohum və ya sevgilisi ilə birləşməyə ümid edir. Aktenin fikrincə belə şəxslər güman edirlər ki, ölməklə onlar həyatda arzusunda olduqları sevgi və hissə qovuşacaqlar və ölüm onlara cəlb edici görünür. Bunlar xüsusilə suisidal məqsədlərə aiddir.öz suisidal fantaziyalarında öz dəfnlərini xəyal edirlər, yaxın və qohumlarına sevgi və peşmançılıqlarını qəbul etdirməkdən həzz alırlar.
A.Q. Ambrumova həqiqi intihar və intihara cəhdi bir- birindən fərqləndirirdi. Brooksbank suisid və parasuisiddən qeyd edirdi. Müəllif suisidi məqsədli özünəqəsd, parasuisidiisə ölümlə nəticələnməyən, özünə zərər yetirmə aktı kimi müəyyən edir. Son illər “presuisid” və “postsuisid” adı altında suisidal davranışla nəticələnən vaxt kəsiyini nəzərd tuturlar; başqaları isə suisidlə nəticələnən psixi hallar olaraq qeyd edirdilər. Əksər suisidoloqlar A. Q. Ambrumova, V. İ. Levin və başqaları “presuisid” anlayışı altında şəxsiyyəti suisidal aktın həyata keçirilməsi normalarına münasibətdə yüksək ehtimal vəziyyəti nəzərdə tutur.
A. E. Liçko hesab edirdi ki, yeniyetmələrdə suisidal davranış nümayişkar, effektiv və həqiqi olur. E. Şer yeniyetmələrdə suisidal davranışın aşağıdakı tiplərini ayırırdı: məqsədyönlü, qarşısı alınmaz, ambivalent, impulsiv, nümayişkar. Müəllifin verdiyi ilk iki tip yeniyetmələrdə (məqsədyönlü və qarşısı alınmaz) çox nadir hallarda rast gəlinir. Üçüncü, dördüncü və beşinci tiplər uyğun olaraq 25%, 18% və 56,3% təşkil edir. A. E. Liçko yeniyetmənin suisidal davranışı ilə xarakterin aksentuasiyasının müəyyən əlaqəsini də qeyd etmişdir. Müəllifin fikrincə, suisidal-nümayişkar davranış zamanı 50% yeniyetmələrdə isterod, davamsız isterod və hipertizm-isterioid tiplər; 32%-də epileptoid-isterioid tip, 18%-də isə xarakter aksentuasiyasının digər tipləri müşahidə olunur. Eyni zamanda senzitiv (63%) və sikloid (25%) aksentuasiya tipli şəxslər də əksərən suisidal cəhd görtərmişlər. Bəzi müəlliflər yeniyetmə yaşında şizoidlərdə həddindən artıq aşağı suisidal aktivlik olduğuna diqqət yetirmişlər.
A. Q, Ambrumova, V. A. Tixonenko və başqaları suisidal davranışın formalaşmasında psixoloji amillərin rolunu vurğulamışlar və onları aparıcı hesab etmişlər. Onlara sosial və bioloji faktorlarla birgə baxırlar. Bu planda şəxsiyyətin müəyyən xüsusiyyətlərini suisidal davranışı proqnozlaşdırmağa imkan verən təsir edici faktorlardan biri kimi öyrənilməsi maraq kəsb edir. Suisidal davranışlı yeniyetmələrin şəxsi keyfiyyətlərini tədqiq edərək göstərmişlər ki, onların əksəriyyəti üçün impulsivlik xarakterikdir. Müəllifə görə bütün suisident yeniyetmələrə eksplozivlik, emosional davamsızlıq xasdır ki, bu da davamlı konfliktli situasiyaların olması ilə şərtlənir. Belə gənclərin əhval-ruhiyyəsinin adətən ani və əhəmiyyərsiz təəssuratlardan asılı olurdu, konfliktli situasiyalarda isə onlarda asanlıqla həyəcan elementləri, vegetativ pozuntularla (taxikardiya hiporqidros, ağızda quruluq, üz vazomatorlarının aşkan oyunu və s.) müşahidə olunan özünü itirmə halları yaranırdı.Əvvəl qeyd etdiyimiz kimi suisidal hərəkətlər törədən yeniyetmələr yüksək təlqinlə fərqlənirlər. Bu dərdə şərik olmaq hissi duymaq ədəbiyyatda və kinoda gördüklərini öz üzərinə köçürməsi, cəld obraza girməyə qabillik, bu qeyr-mövcud situasiyaların həqiqi emosional sarsılma hiss etmək, eyni zamanda ətrafdakıların fikrindən asılı olaraq qeyri - müstəqil təfəkkürdə meydana çıxır. Belə şəxsu keyfiyyətlər suisident yeniyetmələrin böyük əksəriyyətində yeniyetmə yaşında müəyyən suisidal başlanğıclar yaradır. Məlumdur ki, impulsivlik, emosional davamsızlıq, yüksək təlqin əksər yeniyetmələr üçün xarakterikdir. Onlarda özünü analiz hissi kəskinləşir, ölüm və həyat problemlərinə maraq artır. Bu istiqamətdə fəlsəfi fikirlərlə maraqlanmaq güclənir. Gənclər “dəyərlərin yenidən qiymətləndirilməsi”nə meyillidir, cəmiyyətdə öz yerlərini axtarmağa, “həyatın mənasını” aşkar etməyə çalışırlar. Kompromisə getməmək, mənəm-mənəmlik, həyat təcrüməsinin azlığı, öz növbəsində etiraz reaksialarını gücləndirir. Hələ formalaşmamış, tez inciyən “mən” və onların fikrincə qəddar, ədalətsiz cəmiyyət arasında konflikt kəskinləşir.
Intihar müəyyən yaş dövrüylə sərhədləndiriləcək davranış deyildir. Insan həyatının hər sahəsində, fərqli formalarda da olsa özünü göstərir. Intihar hadisələri əsrlər öncəsindən bugünkü günümüzə qədər gəlmiş, çağdaş cəmiyyətlərdə böyük artım göstərərək başlıca cəmiyyət problemlərindən biri halına gəlmişdir. Cəmiyyətdəki fərqlilikləri bir an nəzərə almasaq, ümumilikdə çağdaş dünyada intihar hallarının nəzərə çarpan ortaq xüsusiyyətləri vardır; kişilərdə qadınlara nisbətən çox olması; təşəbüslərdə isə qadınların üstünlük təşkil etməsi kimi. Bu səbəblə də intihar davranışını çağdaş cəmiyyətdəki insanın psixo-sosial inkişaf dövrləri içində araşdırmaq lazmdır.
İnsan bütün ömrü boyu xoşbəxtlik axtarışında olur. Bu axtarılan xoşbəxtlik hər yaş dövründə fərqlidir. Bu səbəbdən də hər dövürdə rast gəlinən problemlər də fərqli olacaqdır. İntiharın səbəblərini ortaya çıxarma üçün, ilk öncə yaş dövrlərindəki fərqli problemləri aydınlaşdırmaq laızmdır. Ayrıca, bu problemin nə dərəcədə əhəmiyyətliliyini də həm psxoloji, həm də sosioloji cəhətdən açıqlamaq lazımdır. Həmçinin, burada intihar davranışını ümumi səviyyə ilə yanaşı fərdi səviyyədə də öyrənmək əhəmiyyətlidir.
İntiharı şərtləndirən başlıca amillər
Aparılan araşdırmalara görə özünəqəsdi gerəkləşdirənlərin 25-75%-ində daxili orqan xəstəlikləri mövcuddur. Kişilərdə xərçəng xəstəliyi diaqnozu qoyulduğundan 1il içində intihar edərək həyatlarına son qoymaları müşahidə olunmuşdur. Döş xərçəngi olan qadınlarda 70% kimi yüksək faizdə intihar ehtimalı görülmüşdür.
1) İntihar ehtimalının yüksək olduğu mərkəzi sinir sistemi xəstəlikləri: epilepsiya, MS(multipl skleroz), kəllə-beyin travması, ürək-damar xəstəliyi, AİDS. Bütün bunların depresiyaya gətirib çıxarması danılmazdır.
2) Endokrin sistem xəstəlikləri də intihar ehtimalının yüksək olduğu xəstəliklərdəndir.
3) Mədə-bağırsaq sistemi xəstəlikləri: siroz, mədə yarası. Hər iki xəstəlik alkoqolizm ilə bərabər daha çox yayılmaqdadır.
4) Urogenital sistem problemləri: mədə yarası, siroz- böyrəyin çürüməsi—hər iki halda duyğu-durum pozuntuları ehtimalı vardır.
Psixi xəstəliyi olanların olmayanlara nisbətən özünəqəst ehtimalının 3-12qat daha çox olduğu görülmüşdür. Aparılan araşdırmaların nəticələrinə görə intiharı reallaşdıranların 70%-ə qədərində depresiya və ya alkoqolizm vardır. Psixi xəstəlikləri olan və intihar edərək öz həyatına son qoyanların sağlam adamlara nisbətən çox gənc olduqları da danılmaz faktdır.
1) Depresiya- İntiharın ən çox rast gəlindiyi psixi xəstəlikdir. Xaricdə aparılan tədqiqatlara görə depresiyanın varlığı halında intiharın olma ehtimalı heç bir ruhi xəstəlikləri olmayanlara nisbətən 30qat daha çox görlmüşdür. Depresiyada olan kişilərin qadınlara nisbətən daha çox intihara meyilli olduqları müşahidə olunmuşdur.
2) Şizofreniya- təxminən 10% intihar müşahidə olunur. Xüsusən də xəstəliyə aid yoğun əlamətlərinin müalicə ilə azaldıldığı, həmin adamın iş fəaliyyətinin azalmasının fərqində olub, depressional bir dövr yaşadığı və daha çox xəstəliyin ilk illərində görülməkdədir. Bu xəstələrin az görünən tərəfləri- halusinasiyalar, öz-özünə “at özünü, öldür” dediyini düşündüyü əmrlərin nəticəsində intihar etdikləri rast gəlinmişdir. Şizofrenik intiharların 75%-nin evlənməmiş, gənc kişilər olduğu, 50%-nin də daha əvvəl intihara risq edənlər olduğu nəticəsinə gəlinmişdir. Xəstəxanadan çıxandan bir neçə həftə, ay sonrasında risq yüksəlməkdədir.
3) Alkoqolizm- bütün intihar hadisələrinin 20%-ni təşkil edir. Lakin, alkoqolizmi olan adamların 40%-i əvvəlcədən “intihar cəhdi” təcrübəsi olanlardır. Kişilərdə alkqolik intiharlar qadınlara nisbətən 4qat daha çoxdur. Adamın ətrafdakılar tərəfindən bu pis vərdişinə görə artıq dəstəklənməməsi ilə beynində uzun müddət yer alan pozuntular və spirtli içki qəbul etdiyi üçün duyduğu peşmançılıq hissləri səbəbiylə edilən intiharlar daha çox rast gəlinməkdədir. Öznə qəsdi reallaşdıran, alkoqolizmi olanların keçmişlərinin daha çətin hadisələrdən ibarət olduğu, ana-ata ayrılığı və ya ölümü, işdə uğursuzluq, məktəbdə uğursuzluq, ekonomik çətinliklər, özünə qapanmanın daha çox olduğu görülmüşdür. Bunların daha kiçik yaşda spritli içkiyə başlamaları və son zamanlarda bundan daha çox istifadə etdikləri nəzərdən qaçmır. Alkoqolizmi olanların daha əvvəllər intihar cəhdini etdikləri üçün onu təkrarlamaq ehtimalı yüksək olduğuna görə bunu hansı metodlarla edibsə (özünü asmaq, yüksəkdən atlamaq) onlara qarşı daha diqqəli olmaq lazımdır. Şəxsiyyət pozuntuları : adamın spirt və maddə istifadəsinə yönələ bilməsi, ətrafında yaşadığı problemlər, müalicə almaq istəməmələri, problemlərdən uyğunsuz çıxış yolu axtarmaları kimi səbəblərlə özünəqəsd cəhdləri və sona atdırmaları yüksək faiz təşkil edir. Xüsusilə də antisosial şəxsiyyət pozuntusunda 5% özünəqəsdə rast gəlinir. Bu adamların daha əvvəllər də intihar təhdidlərinə və cəhdlərinə yüksək ehtimalla baş vurduqları görülmüşdür. Həbsxanalarda da 3qat daha çox intihar fakları vardır.
Ayrıca bu intihar etmə ehtimalı olanlara narsistik şəxsiyyət pozuntusu olanları da aid etmək olar.
Depresiyanın ağırlaşdırıcı halı olan suisidial fikirlər intihara bu hallarda gəlib çıxa bilər : özünümüdafiənin olmadığı halda, dözülməz ruhi sarsıntı keçirdikdə. 15% intihar hallarına əhval-ruhiyənin pozulduğu hallarda da rast gəlinir. Bu xəstəlik 4-5 il sürə bilər.
Suisidial fikirli adam özünü cəzalandırmaq istəyir, başqalarına yük olmaq istəmir. Belə adamlara bu xəstəlikdən sağalmış adamların məsləhətləri- bu halların keçici olduğu- adətən kömək etmir. Bir çox hallarda bu xəstələr özlərinin mövcudluqlarını mənasız sayırlar.
Impulsiv suisidial cəhdlər daha təhlükəlidir. Belə hallar çox dərin olmayan depresiyalarda da özünü göstərə bilər.
Ağır depresiyada insan o qədər zəyif ola bilər ki, intihara gücü çatmasın, lakin onlar depresiyadan çıxdıqdan sonra və ya dərmanlar vasitasilə aktiv hala düşdükdə intihar edə bilərlər. Depresiyaya tutulmuş xəstə bütün detallarda intiharı düşünüdükdən sonra özünü sakit, təmkinli, sağalmş göstərə bilər ki, ətrafdakılar fikirləşsin ki, o sağalmışdır, lakin intihar risqi aradan götürülmüş olmur.
Suisial riskli qrupa kişilərdə 16-25 və 55-70 yaş həddi rast gəlinir. Tənha insanlarda, xəstəlikdən əziyyət çəkənlərdə və ailə üzvlərindən intihar etmiş insanlarda intihar halları artmaqdadır. Suisidial təhlükəli dövrdə mestrual dövrün başlanğıcında affekt halları da aid ola bilər. Intihar cəhdləri çox zaman sərxoş halda törədilmiş də olur.
Intihar etməyi qət etmiş insan çox zaman vəsiyyətnamə yazır, əşyalarını səliqəyə salır, öz planını həyata keçirəcəyi aləti hazırlayır və ...
Suisidin əsasını yuxarıda da qeyd etdiyim kimi depresiya təşkil edir. Statistikaya və elmi araşdırmalara görə intihar 90% depresiyadan əziyyət çəkənlər, narkotik maddələrə aludə olmuş insanlar təşkil edir.
Müalicə olunmamış depresiya intihara gətirib çıxarır. Belə insanları uzun sürən çarəsizlik hissi bürüyür. Suisidin qarşısını almağın ən vacib yolu, onun vaxtında və profissional şəkildə müalicəsidir.
Nəzəriyyələrdə göstərilən amillərlə yanaşı suisidal davranışa təsir göstərən aşağıdakı amilləri də göstərmək olar:
1) Uğursuz ailə: ağır psixoloji iqlim. Valideyunlərlə konflikt, ailədə alkoqolizm.
2) Yeniyetmələrin kimsəsizliyi: validenlırinn itirlməsi. Yeniyetmələr üçün əsas olan böyüklər tərəfindən dayağın, köməyin olmaması.
3) Ailədə yeniyetmələrin uğursuz vəziyyəti: rədd edilmə, həddən artıq təngə gətirici qayğı, kobudluq, yeniyetmələrin hər bir davranışının təhqir edilməsi.
4) Yeniyetmələrin dostlarının olmaması. Məktəbdə, sinif və qruplarından rədd edilməsi.
5) Elmdə, ünsiyyətdə, valideynləri və böyüklərlə şəxsiyyətlərarası münasibətlərdə uğursuzluq və s.
İntiharın qavranılması mədəniyyətdən, dindən, sosial sistemlərdən və s. asılı olaraq dəyişkəndir. Bir çox dində günah və ya etik normalara zidd olaraq qəbul edilir.
Bir qrup insanlar özlərindən asılı olmayan səbəblər üzündən cəmiyyətdə tutduqları mövqelərini itirdiklərinə görə çox dözülməz vəziyyətdən, əzablardan qurtulmaq üçün intiharla çıxış yolu tapırlar.
“Ehtiyac və işsizlik” , “mövcud olmaq üçün mübarizənin sonsuzluğu” – bu səbəblər intiharın 30% – ni təşkil edir. Belə məlumat var ki, texniki cəhətdən çok inkişaf etmiş ölkələrdə intihar artımı var. Elmi texniki inkişaf bütünlüklə insanların bir hissəsinin özünü artıq, lazımsız kimi hiss etməsinə gətirib çıxarır. Svilizasiyanın möhtəşəm maşını qarşısında onlar öz həyatlarının dəyərini itirirlər. Mədəniyyətin, nəşriyyatın yaratdığı şərait də intihara səbəb olur, belə ki F.V. Hötenin 1774 – cü ildə yazdığı “Verterin iztirabları” böyük ajiotaja səbəb olmuşdu. Verterin nakam məhəbbəti və ölümü bir sıra intiharlara (xüsusən də gənclər arasında) gətirib çıxarmışdı. Nobel mükafatına layiq görülmüş Yukia Masimanın 1970– ci ildə həyatdan könüllü getməsindən sonra müxtəlif yaşda olan yaponların ədəbiyyatçının ardınca intiharı halları oldu.
Gələcəyi olmayan cəmiyyət özünə qəsd edənlərə daha çox şərait yaratmış olur. Buna misal olaraq Roma imperiyasının süqutu dövrünü göstərmək olar. “Aleksandr cəmiyyəti” adlı cəmiyyətin yaranması- könüllü surətdə dünyasını dəyişmə həmin dövrə təsadüf edir.
Yaşlı nəsil arasında statistikaya görə suisid sayı get- gedə artır. Əgər cavan yaşda qadınlarda suisid halları faiz etibarı ilə çoxluq təşkil edirsə, yaşlı nəsil arasında çoxluğu kişilər təşkil edir. Buna səbəb kimi yaşlı kişilərin özlərini tənha hiss etmələri, ruh və bədənlərinin xoş emosiyalardan məhrum olması səbəb sayılır. Başqa tərəfdən ömürlərinin ahıl çağını olduğu kimi qəbul edənlər həyatları ilə barışıb , cavanlığın xoş xatirələri ilə həyatlarını sona vururlar.
Bəlkə də orta nəslin duyğuları suisidə görə birmənalıdır. Həqiqətən də yenidənqurmanın şlaqbaumu orta nəsil nümayəndələri üçün bir neçə istiqamətə yol açmışdır. Əlbəttə ki “orta” nəsil nümayəndələrindən bəziləri öz ideyalarını, yaradıcı potensiallarını, imkanlarını işə salıb yaxşı çalışırlar. Lakin heç də gizli deyil ki, çoxları üçün yaşayış tərzi nəinki normaldır, hətta normadan çox aşağıdır, uzaqdır. Bunların səbəbi iş yerinin yaxşı qurulmaması, zəif ixtisasçı, öz üzərində irəliləyiş etmək istəməyən, inkişafdan qalmış və s. insanlardır. Belə adamlar stress, özlərinə inamsızlıq, özlərini təsdiq edə bilməməkdə günahkarlıq, rəhbərliklə münaqişədən mənfi emosiyalar ve s. qazanmış olurlar.
İlk baxışdan humanizmdən kənar səslənsə də- bəzən yaşlı nəslin və ya orta nəslin hansısa nümayəndəsinin həyatından imtina etməsi əsaslanmış olursa, gənclərin həyatlarının çiçəkləndiyi bir dövrdə ondan imtina etmələrində bütün cəmiyyət məsuliyyət daşıyır. Gənclərdə suisidə meylliliyin əsas amilləri hansılardır? Ən birinci yerdə valideynlərlə konflikt durur (təxminən 70%), ikinci yerdə- məktəblə əlaqədar problemlər, üçüncü yerdə- dostlarla, əsasən qarşı cinsdən olanlarla münasibətlər durur.
Bir çox hallarda valideyn və övladlar arasında münasibətlər səmimiyyət və isti münasibətlər üzərində qurulmur, halbuki bunlar çətin sınaqlardan çıxmaq üçün müdafiə, arxa, kömək olardı. Təsadüfi deyil ki, psixoloqlar tərəfindən gənclərin suisidə cəhdi, onların yaxınları tərəfindən diqqət çəkmək cəhdi kimi qiymətləndirirlər. İntiharda sas rolu ailənin bütövlüyü təşkil edir, belə ki, intihara cəhd göstərənlərdən çox hissəsinin ya velideynlərindən biri ölmüş və ya evi tərk etmişdir. Ailənin dağılması böyüklər arasında da özünə qəstə güclü təkandır. Boşanmış, subay, tənha insanlar arasında belə hala daha çox rast gəlinir, əsas planda burada kişilər durur. Çünki kişilər özlərini müdafiəsiz hiss edirlər.
Maraqlıdır ki, erkən evlilik gəncləri suisiddən xilas etmir. Amerikalı tədqiqatçılara görə, evli oğlanlar arasında 1.5, subay qızlar arasında 1.7 dəfə özünəqəsd çoxdur, nəinki onların subay yaşıdları ilə müqaisədə. Bunu onunla əlaqələndirirlər ki, “erkən” evlilik adətən hansısa problemləri həll etmək üçün atılmış yanlış addım sayılır, məsələn valideynlərlə yaşadığı dözülməz həyatdan canını qurtarmaq kimi.
Son illərdə yeniyetmələrin ölümü ilə bağlı aparılmış tədqiqatlar yeniyetmələrin ölümün həqiqi mənasını qavraya bilməməsi də intihar cəhdi üçün risk faktoru ola biləcəyini irəli sürür. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğunu görürük. Öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədiyində tənqidə məruz qalmağa tab gətirə bilməmək kimi səbəblər də yeniyetmələri intihar cəhdlərinə yönəldir. Yeniyetməlik dövründə suisidal fəaliyyət əsasən nümayişkaranə xarakter daşıyır və adətən “suisidal” hədə – qorxu, şantaj xüsusiyyətlərinə malikdir. Lakin yeniyetmələrdə həyatına qıyaraq suisid və nümayişkar cəhdləri ayırmaq çox çətindir. Yeniyetmələrin suisidal davranışlarının bir sıra tədqiqatları göstərir ki, suisidal şəxsiyyətin sosial-psixoloji dezadaptasiyasının nəticəsi kimi yaranır. Suisidin bu reaktiv təşkili psixopatoloji pozğunluğa keçməyə meyilli deyil. Psixoloji cəhətdən sağlam olan yeniyetmələrdə suisidal hadisə bu yaş dövrü üçün xarakterik olan davranış nöqsanları sırasında müşahidə edilir.
Yeniyetmələrdə suisidal davranışa təsir edənlər içərisində psixoloji narahatlıq (stress, depressiv hal) əsas yer tutur. L. Y. Jezlova tərəfindən 59,4% suisidal davranışlı 7-14 yaşlı uşaqlarda intihara cəhd qeydə alınmışdır. 13 yaşaqədərki suisidentlər arasında şizofreniyalı xəstələr 70%, situativ reaksiyalı şəxslər 18% təşkil edirdi; daha böyük uşaqlarda (13-14 yaş), şizofreniyadan əzab çəkənlərin sayı azalıb, 38%-ə qədər situativ reaksiya səbəbindən intiuhara cəhd edənlərin sayı 60%-ə qədər artmışdır.
Tədqiqatlar nəticəsində yeniyetmələrin suisid təhlükəli situativ reaksiyalarının sistematikasını və təsvirini yaratmışlar. Böyük miqdarda yeniyetmələri müxtəlif yaş qryuplarına ayırmışlar: kiçik pubertatlar (12-13 yaşa qədər), orta pubertatlar (14-16 yaşa qədər), böyük pubertatlar (17-18 yaşa qədər). Suisidentlərin əsas əksəriyyəti orta pubertat yaşlılardan ibarət olur. Cinsə görə bölgü göstərir ki, kiçik yeniyetmə yaşında əsasən oğlanlar təşkil edir, orta yeniyetmələrin dövründə isə daha çok qızlar təşkil edir.
Yeniyetmələrin suisdal davranışı təqlidedici ola bilər. O, öz ətrafında gördüyü televiziya vasitəsiəı izlədiyi kütləvi ədəbiyyatlardan oxuduğu davranış nümunələrini təqlid edə bilər. Təqlidçilik, xüsusilə, tam yetkinləşmiş obyektlər üçün xarakterikdir. Yeniyetmə belə başa düşür ki, ölüm ətrafdakıları qorxudur və onu təhqir edənə güclü təsiredici vasitə olur.
Suisidal davranışa onun mənasının yeniyetmələr tərəfindən necə qavranılması da təsir göstərir. Yeniyetmə suisidin psixoloji mənası diqqəti öz iztirablarına cəlb etməyə yönəlmiş imdad səsləridir. Onlarda plüm haqqıbda təsəvvürlər çox bəsitdir. Ölümü uzunmüddətli yuxu, iztirablardan uzaqlaşaraq dincəlmək, başqa dünyaya düşmək imkanı formasında təsəvvür edirlər. Həmçinin, təhqir edən insanı cəzalandırmaq yolu kimi görürlər.
Oğlan və qızın bir-birinə bağlı olduqları anda “mən sənsiz yaşaya bilmirəm” tipli ifadələrin işlədilməsi gənc yaşlı insanlarda güclü emosional bağlılıq hissi formalaşdırır ki, bu da gələcəkdə əlaqələrin qırılması zamanı dərin psixoloji yaralar əmələ gətirə bilər. Bu halda da ailənin köməyi lazımdır. Gənc özünü tənha, atılmış hiss etdiyində son həddə çata bilər. Baxmayaraq ki, son zamanlar ailə – valideyn – uşaq problemlərinə çox diqqət yetirilir, lakin hələ də vəziyyət idealdan çox uzaqdır. Valideynlərin ictimai, əmək məşğulluğu çox zaman övladlarının tərbiyəsinin məktəb üzərinə atılmasına gətirib çıxarır. Bu da ona gətirir ki, “atalar və oğullar” problemi son zamanlar daha da qabarmış hala gəlib çıxır. Buna optimist nəzərlə baxsaq, deyərik ki, nə olursa olsun “gənclər bizim gələcəyimizdir” şüarı hər bir zaman üçün öndədir.
Intiharı şərtləndirən psixoloji amillərdən danışarkən tənhalıq probleminə də toxunmaq lazımdır. Tənhalıq özündə subyektiv ehtiyacları və insanın-insanı anlamasının obyektiv qeyri-mümkünlüyünü birləşdirir. Cəmiyyət içində cəmiyyət üzvünün yadlaşması,kəskin tənhalıq hissinə düçar olması həm fərdin özü, həm də o cəmiyyət üçün acınacaqlı nəticələrə gətirib çıxarır. O, nəinki patoloji pozuntulara,həmçinin cəmiyyətə qarşı təhlükə yaradan davranış formalarına da zəmin yaradır. Lakin unutmaq olmaz ki, tənha insanın cəmiyyətə, insanlara qarşı yönəlmiş aqressiyası, zorakılığı çox vaxt onun özünə qarşı edilən zorakılığına-özünəqəsdinə də çevrilmiş olur. Belə ki, son dövrlərdə aparılan tədqiqatlar göstərmişdir ki, müasir gənclər və yeniyetmələr arasında özünəqəsd hallarının son zamanlar ötən illərə nisbətdə dəfələrlə artmasına təsir göstərən amillərdən bizi məhz güclü və izah edilə bilinməyən tənhalıq hissidir.
“Insan daima özünə yaxın olan, onu başa düşən bir varlığa meyl edir. Lakin bu varlıq çox həssas olmalı və insanın tənhalığını hiss etməlidir. O, daima insana tənha olmadığını, mənasız yaşamadığını bildirməklə onu sakitləşdirməlidir. Beləliklə, insan özü üçün asanlıqla bütün bu tələblərə cavab verəcək Allahı yaradır”. B. Myiskoviçin bu dedikləri ilə E. Frommun da dedikləri bir növ üst-üstə düşür: “Dini və milliyyətçiliyi bəziləri absurd və alçaldıcı hesab etsələr də, onların hər ikisi insan üçün bir növ sığınacaq rolu oynayır və insanı çox qorxduğu tənhalıqdan qoruyur”. Bəzən elə inancsızlığın özü də fərdi tənhalığa sürüklədiyi kimi bunun ağırlaşmasının nəticəsində intihara gətirib çıxara bilir.
Mənəvi boşluqların dərinləşdiyi və iqtisadi çətinliklərin artdığı müasir dövrümüzdə cəmiyyətin əsas dirəkləri sarsılır. Mövcud durum fərdin və bütövlükdə cəmiyyətin psixologiyasına mənfi təsir edir. Bir qisim insanlar həyatın problemləri qarşısında diz çökürlər. Xüsusilə də, zəif xarakterli və müxtəlif psixoloji təzyiqlərə məruz qalan, ailə sevgisindən məhrum olan insanlar tez-tez depressiyaya düşürlər. Təəssüflər olsun ki, bir çox hallarda belə insanlar çıxış yolunu intihar etməkdə görürlər.
Araşdırmalar göstərir ki, dünya əhalisinin 25%- i psixoloji problemlərdən əziyyət çəkir. Müasir dövrümüzdə bir sıra xəstəliklərin məhz mənəvi boşluqlardan və psixoloji çatışmazlıqlardan qaynaqlandığı artıq sübut olunub. İnsanın maddi və mənəvi hissələrdən ibarət olduğunu bilirik. Psixoloji gərginliklər insanın mənəvi tərəfi ilə əlaqədar olsa da, onun maddi tərəfinə də ciddi şəkildə təsir edir.
Təəssüfləndirici faktlardan biri də mənəvi gərginlikdən çıxış yolunu intiharda görənlərin arasında yeniyetmələrin üstünlük təşkil etmələridir. Əyləncəni həyatın məqsədi qəbul edən yeniyetmələr bir müddət sonra bunun sonunun arzu etdikləri kimi olmadığını görürlər. Bundan sonra onlar özlərini uçurumun kənarında hiss edirlər. Geriyə baxdıqda zəhərli bir həyat, gələcəyə baxdıqda isə qaranlıq bir yol onların yaşamağa olan sevgilərini öldürür. Bu səbəbdən onlar qurtuluşu özlərini uçurumdan atmaqda görürlər.
İntiharın ən böyük səbəblərindən biri ümidsizlik və özünə güvənmə duyğusunun olmamasıdır. Belə insanlar ən xırda çətinliklərə belə, tab gətirə bilmirlər. Onlar çətinliklərə qarşı mübarizə aparmaqdansa, özlərini həyatın axarına buraxmaq yolunu seçirlər. Daşlı- qayalı çaya bənzəyən həyatda belə insanların maddi və mənəvi cəhətdən zədələnmə ehtimalları olduqca yüksəkdir.
Bəzən də insanlar ağır xəstəliklər səbəbindən intihar edirlər. Halbuki, xəstəliklərin ən böyük dərmanı səbirdir. Səbir ümidlə, ümid isə imanla bilavasitə bağlıdır. İmansız insan çarəsiz və acizdir. İntiharın sərhəddini müəyyən edən amillər içərisində dini amillər də əsas rol oynayır. Belələrinin güvəndiyi, arxalana biləcəyi, ən çətin vəziyyətdə pənah apara biləcəyi qüvvə olmur.
Ən xırda xuliqanlığı cəzalandırmaq iqtidarında olan ədalət məhkəməsi, yaxud hər bir cinayətkarı məsuliyyətə cəlb edən Cinayət Məcəlləsi intiharın – “ölüm faktı”nın qarşısında acizdir. Çünki öləni mühakimə etmək mümkünsüzdür. Daha doğrusu, onlar bəşəri qanunlarla mühakimə edilmirlər. Yaradanın dərgahında sorğu – suala gəldikdə isə intiharı şərtləndirən digər amillərdən biri olan dini amillər haqqında geniş olaraq yaza bilərəm.
İslam intiharı qadağan edir. Ancaq bəzi ayələrin ikibaşlı xarakter daşımasından istifadə edən insanlar bunu edirlər. Intihar Allah tərəfindən bağışlanmaz aktdır. İntihar edən sorğusuz – filansız cəhənnəmə vasil olur. Bəlkə də buna görə, İslam Şərqində intihar ayrıca bir mədəniyyət kimi formalaşmadı. Baxmayaraq ki, burada da intihar halları tez – tez baş verir. Çünki həyatda real olaraq özünü cəhənnəmdə hiss edən insanın qarşısını bəzən xəyali cəhhənnəm qorxusu ala bilmir. Bütün dinlər, o cümlədən dinlərin ən mükəmməli olan İslamda yaradılmışların ən şərəflisi, ən alisi hesab olunan insanın intihar etməsi yasaqdır.
İslamda intihar Allaha şərik qoşmaq, küfr etmək kimi böyük günah hesab olunur. İstər Qurani – Kərimdə, istərsə də peyğəmbərin hədislərində insanları intihardan çəkindirmək üçün kifayət qədər fikirlər söylənilib.
Qurani – Kərimin Ən – Nisa surəsində deyilir: “Öz – özünüzü öldürməyin!” çətinliklərdən bezən, ümidini itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meyilli olması mümkündür. Allah belə buyurub: “Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir”.
Xristianlıqda intihar ən böyük günahlardan biri sayılır. Səbəbi isə Allah verdiyi canı yalnız özü ala bilər. Xristianlıqda əvvəllər intiharların sayının çox olmasının səbəbini onların Allah evinə tez düşmək üçün edilmiş cəhdlər hesab olunurdu və tezliklə kilsə tərəfindən buna qadağa qoyuldu. İntihar etmiş adamı dini mərasimlə xristian məzarlığında dəfn etməkdən imtina edildi, onun ailəsi qanuni varislikdən məhrum olunurdular. Intihar edənlər ölü duası, yəni meyit üzərində oxunan duadan məhrumdurlar. İntihara uğursuz cəhd göstərmiş şəxs hesab edilərək, katorqaya göndərilirdilər. Katolizmdə intihar halı daha da kəskin pisləndiyinə görə İtalyada və İspanyada intihar faizləri çox aşağıdır. Yeganə istisna intihar edənin dəli olmasındadır. Xristianlıqa əsasən suiqəsd edənləri cəhənnəm əzabı düşür. Bibliyada suiqəsd kəskin ittiham olunur.
İudaizmdə həyatın Allah üçün qorunduğu bilinir, intihar və qan qarışıqlığı günah sayılır. Braxmanizm və Buddizmdə bu doktrina göstərilir: insanı həyata bağlayan hər bir şey əzab çəkmək üçün səbəbdir, bədəndən imtina etməyə sakit münasibət bəsləməkdir. Buddist monaxlarının özlərini könüllü yandırmaları müharibələrə, müasir sivilizasiyanın müxtəlif varvarlığına qarşı atdıqları addım sayılır və dini çərçivəyə sığır. Müasir araşdırmalar göstərir ki, dini inancların az inkişaf olunduğu və dinin intihara qarşı çıxdığı ölkələrdə intihar faizi daha yüksəkdir.
Yuxarıda yazılanlar kimi digər bir çox ayələr, həmçinin hədislər də mövcuddur, lakin, bir insan müsəlman olmazdan əvvəl insandır. Yəni, intihar mövzusuna danılmazdır ki, bir çox cəhətlərdən yanaşılıb, onu bir çox aspektlərdən araşdırmışlar. Bir insanın intihara meyilliliyini, onun daxilində baş verən psixi halətləri, psixoloji böhranları öyrənmək üçün bütün bu amillərin ən başında psixoloji amil durur.
Firavanlıq və xoşbəxtlik içində olan insanın müdrikləşdiyini heç eşitmisinizmi? Əksinə, insanın müdrikləşməsi üçün itkilər, qurbanlar və sonsuz ağrılar yaşaması lazım gəlir. İnsan həyatın dibinə endikcə böyüyür, zirvədə deyil.
Insan niyə intihar edir? Doğurdanmı intihar hər zaman yalnız zəiflik əlmətidir? Elə isə yapon xarakirisini necə izah edək?
Xarakiri (başqa sözlə suppuku) 19-cu əsrə qədər Yaponiyada geniş yayılmış özünəqəsd ritualı idi. Tanınmışlar və məmurlar, xüsusilə ordu zabitləri arasında yayılmışdır. İnsanlar ya hansısa günahları qarşılığında özlərini cəzalandırmaq, ya hansısa itkini ifadə etmək, ya da öz şərəf və ləyaqətlərini qorumaq üçün bu addımı atırdılar. Ritualın yerinə yetirilməsinin xüsusi şərtləri var idi. Bunlardan ən əsası bir dostunun bu səhnəyə şahid olmasıydı. Xüsusi ekstremal hallarda – məsələn, döyüş meydanında bunlarsız keçinmək olardı. 1868-ci ildən rəsmən xarakiri Yaponiyada ləğv olunsa da, praktiki olaraq hələ də elə həmin ölkədə tez – tez rast gəlinən bir faktdır. Xüsusən də 20-ci əsrdə bir çox tanınmış yapon yazıçısı və sənət adamının xarakiri etməsi, ona daha da əsrarəngiz və fəlsəfi don geyindirib.
Beləliklə, xarakiri nümunəsində gördük ki, intihar heç də həmişə zəiflik əlaməti deyil, həm də fəlsəfi aktdır. Yoxsa Heminqueyin, Mayakovskinin və onlarla başqa tanıdığımız, bu gün də sevə – sevə oxuduğumuz yazıçı və filosofların nədən intihar etdiyinə izah tapa bilmərik. Hərçənd onlar xarakiri etməyib, birisi dərman içib, birisi köhnə ov tüfəngiylə gicgahına atəş açıb və s.
Sosiologiyanın əsasını qoyan alimlərdən biri olan fransız fikir adamı Emil Dürkheymə görə, intiharın əsas səbəblərindən biri fərdlə ictimai dəyərlər, normalar arasında yaranan vakuumdur. Bunu anomiya adlandıran E.Dükheym qeyd edirdi ki, bu kimi vakuumlar keçid dövrlərində daha çox rastlanır. Bu, elə bir dövrdür ki, əvvəlki normalar fərd üçün öz qüvvəsini itirib, yeniləri isə hələ formalaşmayıb. Leninə görə isə bu situasiya inqilabi situasiyadır. Deməli, intihar həm də fərdi inqilabdır. Bu qəbil intiharlar tibdə parasuisid adlanır. Bu zaman intihar edən şəxs bir növ ətrafdakıların diqqətini ya özünün, ya da toplumun hansısa probleminə cəlb etməyə cəhd edir. Bunun əksi isə şüurlu və doğruçu intihardır. Bu zaman insan öncədən hazırlaşır, onun məqsədi kimsənin- doğmaların, dostların nə hiss edəcəyini göz önünə almadan, nəyin bahasına olursa olsun intihar etməkdir. O, ağrımır, tərəddüd etmir, həyatdakı missiyasınının başa çatdığını sakitcə dərk edir və qərar verir. Bu, həmin haldır ki, onu müdriklik adlandırmaq olar.
Ümumiyyətlə, elm intiharı izah etməkdə və təyin etməkdə çətinlik çəkir. 1936- cı ildə NyuYorkda İntiharın öyrənilməsi üzrə Komitənin iclasında tanınmış psixoanalitik Qreqori Zilburq bəyan edir: "Təəssüf ki, elmi baxımdan intihar problemi izaholunmaz olaraq qalır. Nə tibet müdrikliyi, nə də kliniki psixopatalogiya bu problemin nə səbəblərini, nə də empirik həllini tapa bilir".
1973-cü ildə "Britaniya ensiklopediyası" Amerika Suisidoloqlar Assosiasiyasının sədri Edvin Şneydmana intihar haqqında məqalə sifariş edir. Tanınmış mütəxəssisin problem haqqında son qənaəti belə oldu: "Əslində insanların nədən həyatlarına intiharla son verdiyini heç kim bilmir!".
1988-ci ildə digər bir psixoloq Antoon Lenars da öz araşdırmasına bu cümlə ilə başlayır. "Heç kim intiharı bilmir, hətta intihar edənin özü də".
İntiharın bunca sirli və fəlsəfi şəkil almasında tarixi paradiqmalar da az rol oynamayıb. Bizi onun ikinci tərəfi maraqlandırır daha çox. Məncə, intiharın fəlsəfi akta çevrilməsi Sokratdan başlayır. Afina höküməti Sokrata özünü zəhərlə öldürmək hökmü çıxarır. Sokrat isə bunu etməmişdən öncə bir neçə gün insanlar qarşısında intiharın fəlsəfi əsaslandırılması istiqamətində nitqlər edir. O deyirdi ki, intihar onun qəlbini azad edəcək və ölümsüzlüyə qovuşduracaq. İntihar və ölümsüzlük anlayışları Sokratın fəlsəfi intihar ritualı ilə eyniləşir.
Psixoloqların fikrincə, hazırda intiharların sayını artmasını heç də sosial problemlərlə bağlamaq düzgün deyil. Düzdür, sosial problemlər, gözlənilməyən bədbəxt hadisələr, təzyiq, şəxsi münasibətlərdəki problemlər də insanları çıxılmaz vəziyyətdə qoyur. Göstərilən səbəblərin hamısı intihara gətirib çıxarsa da bu gün ölkədəki intiharların əksəriyyəti impotensiya ilə bağlıdır. Bu biraz qəribə yanaşma kimi qəbul olunsa da intiharı şərtləndirən yaş və cins amillərindən danışarkən işilər arasında intiharların arta səbəbi kimi bu mövqedən də yanaşmaq lazım gəlir. Əvvəllər ölkədə 100 impotent var idisə, indi 100 minə qədərdir. 15 – 50 yaş dövründə olan kiçilərdə intiharın 90% -i bu səbəbdən baş verir. Bu xəstəliklə üz-üzə qalanlar isə ani qıcıqdan intihar qərarını verə bilərlər. Belə insanlar həmişə özlərini cəmiyyətdən təcrid edirlər, sirlərinin açılacağından qorxurlar. Əgər diqqət yetirsək, hazırki dövrümüzdə qadınlara nisbətən kişi intiharları daha çox qeydə alınır. Halbuki qadınlar daha emosional, zərifdirlər.
Uzun ilər boyunca cəmiyyətdə intihara fərqli yanaşmalar olmuşdur. Bəzi cəmiyyətlərdə dəstəklənən və doğru bir davranış olaraq qəbul edilən intihar, digər bəzi cəmiyyətlərdə isə yanlış bir davranış olaraq dəyərləndirilmişdir. Bu cür yanaşmaların istiqamətləndirilməsində ən vacib faktorlardan biri də şübhəsiz bu cəmiyyətin düşüncə tərzi və dolayısı ilə də düşünənləri idi. Burada düşünən deyərkən, o cəmiyyətlərin alimləri, filosofları nəzərdə tutulur, hansı ki, onların yazdıqları əsərlər o dövrlərdə baş verən intihar hadisələrinə görə məsuliyyət daşımışdır.
Filosoflar daha çox insanın öz həyatına son verməkdə haqqının olub – olmamağını və bunun fəxrediləsi bir daranış olub-olmadığını müzakirə ediblər.
Qədim Yunanıstanın ilk filosofları intihara qarşı çıxırdılar. Pifaqor və davamçıları ruhun ölümsüz olduğuna inandıqları üçün intiharı qadağan etdilər. Platon və Aristotel də intihara qarşı çıxırdı. Lakin bəzi hallarda onu dəstəkləyirdilər. Platon qanunlarında ən yaxınını, ən yaxşı dostunu yəni özünü öldürənin amansızca öldürülməsini istəyirdi. Əgər fərd bu işi hədsiz utancı üzündən etdiyini sübut edərsə ona bəraət verilməsini qeyd edirdi (Montaigne 1984). Aristotel isə müharibədə öz qüruru üçün edilən intiharları dəstəkləyirdi. O, sevgi və başqa səbəblərdən edilən intiharların cəsur insanın edəcəyi bir davranış olmadığını deyirdi (Choron 1972). Filosoflar həyatdan nifrət edib üz çevirməyin təbiətə zidd olduğunu qeyd edirdilər. İntihara qarşı çıxan digər filosof Epikür olmuşdur. O da digərləri kimi insanda qürura üstünlük verirdi və məqsədin savadlılığa çatmaq olduğunu qeyd edirdi.
İnsan ehtiraslarını ödəməklə xoşbəxltiyə çata bilməz. Çünki, həzzin ödənməsini təbii olaraq bir sıxıntı təqib edəcəkdir. Bu, bizi, həqiqi məqsədimiz olan əzablardan qaçmaq üçün yönəlmiş hədəfindən çaşdıracaqdır (Fromm 1982). Hətta, ölümü axtarmağa qədər aparacaqdır.
XIX əsrdə Kant intihara qarşı çıxırdı. Kant düşünürdü ki, təbii olaraq insanın ilk məqsədi özünü qorumaqdır. Buna görə də intihar bir qüsurdur və ləntlənməlidir. Schopenhauer, Kantın fikrini təqzib edirdi və düşünürdü ki, “insanın intihar etmək haqqı var; lakin bu boş və mənasız bir işdir. intihar insanın təbiətə verdiyi sualdır: Ölümdən sonra nə var? Özlərini öldürənlər sadəcə əziyyət çəkən bədənlərinin ağrılarına son verə bilirlər, lakin daimi əzablarına əngəl ola bilməzlər”
“Bəziləri çox tez və ya çox gec həyatdan köçürlər, əsil iş zamanında ölməkdir” deyən Niçşe intihara qarşı çıxmırdı. İntihar insanı haqqı, ona verilən bir ərmağandır. Ali insanın yaradılması üçün fəlsəfəsini istiqamətləndirən Niçşe, bu ali məqsədə çatmağa qatqısı olmayacaq insanın intihar etməsini və bundan da razı qalmasını deyirdi.
B. Ceyms “Həyat yaşamağa dəyərmi?” sualına cavab verməyə çalışmışdır (Hübscher 1980). Ceyms üçün bu sual fəlsəfənin təməl problemidir; bundan başqa da fəlsəfənin təməl problemi yoxdur. Bu sualın cavabını Ceyms belə cavablandırırdı: “İnsan intihar edə bilər, ancaq bu dürüstlük olmaz. Ölüm insanı hüzura qovuşdurur, fəqət insanın gerçək məqsədi dünya üzərində mümkün olduğu qədər çox qalmağa, onu incələməyə çalışmaq olmalıdır.” Və keçən əsrin sonlarında yazdığı bu əsərində belə bir fikrə gəlmişdir ki, dini lənət tarix boyu insanın yaşamında böyük rol oynayır.
Qərbdəki bu çox fərqli yanaşmaların qarşılığında, şərq dünyasında hegomon olan mistik fəlsəfənin yanaşmalarına görə, intihar etmək fərdin istəyinə bağlıdır. Yəni, fərd həyatla ölüm arasında qərar vermə haqqına sahibdir.
Hartmann isə, insanın sahib olduğu tək şeyin bu dünya olduğunu qeyd edərək, “ən yaxşı olmamaqla yanaşı əlimizdəki bu dünyadan da imtina etməməliyik” deyirdi. Yaşamaq, təməldə arzu edilməyən bir şeydir; xəyal qırıqlığı ilə doludur. Fəqət yenə də, əlimizdəkinin ən əlası olan bu yaşamdan qaçmamalıyıq.
İntihar mövzusuna fəlsəfi aspektdən baxarkən nəticə olaraq belə qeyd etmək olar: insan yaşamaq üçün doğulur və yaşamalıdır. Bütün yaşadığı sosial- iqtisadi və digər problemlər qarşısında aciz qalmamalıdır. Və qaldığında da bu problemlərdən çıxış yolu axtarmalıdır. İntihar çıxış yolu deyil. İntihar, insanın özünü bir çox gözəlliklərdən – bunun ən əlası olan “yaşamdan” məhrum etməsidir.
İntihara bir çox aspektlərdən yanaşılmışdır. Və bunlardan biri də müasir dövrümüzdə aktual olan problem İnternetdir. Yeniyetmələrin daha çox vaxtını keçirdiyi bir vasitədir İnternet. İllər öncədən kompyuter yaranışıyla birlikdə həm də ayrılmaz parçamıza çevrildi. Aparılan bir araşdırma, İnternetin bəzi insanları intihara sövq edəcəyi həqiqətini ortaya qoydu. Bristrol, Oxford və Manchester Universitetləri tərəfindən aparılan bir araşdırmaya görə, internet istifadəçiləri, insanların intihar meyillərinin səbəblərini veb səhifələrindən öyrənmək istədiyində, qarşılarına çıxan səhifələrdə olan əksinə intihar hərəkətlərini etina etdirici ifadələrlə qarşılaşır. Araşdırmaçılar 4 axtarış növünü istifadə edərək intihar ilə əlaqədar saytları araşdırmağa başladı. Ən çox baxılan 3 veb saytı yaxından araşdırıldığında bu səhifələrin intihar ilə əlaqədar məlumat vermək bir yana, intihara etina etdirici bir sıra izahatlara yer verdiyi görüldü. Bir başqa deyişlə, zəif xarakterli insanlar üçün bu səhifələr potensial bir hədə ünsürüdür. Bu cür saytlar fərq edildikcə dünya səviyyəsində bağlanılsa da, İngiltərədə bilindiyi qədəriylə belə bir məhdudlaşdırma yoxdur. Ölkədə 1961-ci ildə başlayan anti- intihar hərəkatı, bu cür intihar cəhdlərini təşviq edənlərə yönəlik təzyiqlərin olması ilə tanınırdı. Onlara görə heç kim, heç bir şey insanı intihara heç bir şəkildə etina etdirə bilməzdi.
Araşdırmaçılar “intihar” sözü və əlaqəsi olan 12 fərqli termini axtarış mühərriklərində isatifadə etdi və çıxan ilk 10 saytın götürdüyü hit sayına baxıldığında bu ədədingündəlik 240- a qədər çatdığı görüldü. Bu saytların xaricində 240 fərqli veb saytı daha axtarış axtarış mühərriklərinin nəticələrində iştirak etdi.İntihara etina etdirici bəzi saytlarda intihar aktı təriflənərək, bəziləri isə intihar hərəkətləri fərqli şəkildə necə reallaşdıra biləcəklərini insanlara izah edir. Qısacası internet çox zəngin br qaynaq və bir xəzinə olmasının yanında çox böyük bir təhlükə və bir hədə ünsürü də ola bilir. Yaxşını və pisi beləsinə iç-içə saxlayan günümüzün imtina edilməz parçası internet, bu yanaşmada olduğu kimi insanların duyğularını istismar edib onları intihara təşviq edə bilir.
Belə bir qəbul olunmuş fərziyyə mövcuddur ki, sadəcə insanlar intihar edir. Lakin, aparılmış müşahidələr bu fikri təkzib edir. İnsandan başqa da sağlıqlı bir organizmə sahib olan canlıların öz həyatını sonlandırmaq istəyi və bilərək özünü öldürmək qabliyytinin olub – olmamağı araşdırılmışsır. Tutulmuş balinaların başlarını divara vuraraq özlərini öldürməyə çalışdıqları, onların özlərini sahilə atmaları, fillərin öz ölümlərinin zamanını hiss etməsi və öz qəbirstanlıqlarına getmələri, 2005-ci ilin iyul ayında Türkiyədə 1500 qoyun özünü dağdan tullaması və bunlardan 450-sinin ölməsi kimi faktlar qeydə alınıb. Ancaq hələ ki, dəqiq məlum olmayıb, bunlar həqiqətən intihardır yoxsa heyvanların beyninə gedən yalan siqnallar, hansı ki, onların orientasiyalarının itirməsinə gətirib çıxarır.
Ölüm – oyundan çıxmaqdır. Təəssüflər olsun ki, çətin vəziyyətə düşmüş insan öz ürəyini dosta, tanışa açır, psixoloqa (mütəxxəsisə) müraciət etmir. Romantik ədəbiyyatlarda intihar gözəl , ali bir hərəkət kimi təsvir olunur, bu heç də həqiqətə uyğun deyil. Yaşayan, əzab çəkən və ya sevinən , xoşbəxt və ya bədbəxt insan, amma möhtəşəm- ona görə ki yaşayır, sağdır və soyuq, hərəkətsiz, çürüyən, leş- hansı ki insanda yalnız ikrah hissi oyada bilər. Nə üçünsə heç təsəvvür etmirlər ki özünə başından güllə vurmuş adamın beyni necə ətrafa səpələnir, özünün asan insanın dili göyərib çölə çıxır və o əzabla ölür. Zəhər və ya yuxu dərmanları qəbul etməyi qərara almış insan uzun və əzablı ölümə məhkum olduğunu bilməlidir.
İnsanın həyatından imtina etməsində ətrafının , əhatəsində (ailə, dostlar) olan insanların da təsiri vardır. Lakin ən son qərarı- olum ya ölüm- o özü vermiş olur. İntiharda digər vacib amil- müvəqqəti çətinlik, gələcəyə inamsızlıq, cəmiyyətdə özünü təsdiqləyə bilməməsidir.

Sadıqova Şəbnəm